Jurnalist

Jurnalist

Jurnalistlər dünyada baş verən hadisələri işıqlandırırlar və bununla da ictimai rəyin formalaşmasında iştirak edirlər. Jurnalistin əməyi, əsasən, informasiyanın axtarışı və işlənməsi ilə bağlıdır. Jurnalist məlumatları hadisələrin müşahidəsi, hadisə iştirakçılarının və ekspertlərin müsahibəsi, müxtəlif sənəd və arxivlərin öyrənilməsi vasitəsilə axtarır. Həmçinin toplanmış materialı diqqətlə öyrənməli, təhlil etməli, əldə edilmiş bütün məlumatları və faktları müqayisə etməlidir. Yalnız bundan sonra jurnalist qəzetdə, jurnalda və ya internetdə dərc olunacaq məqaləni, yaxud da ki, radio vasitəsilə eşitdiyimiz və ya televizorda görəcəyimiz reportajı hazırlayır.

Jurnalistlər ictimai həyatın müxtəlif sahələri ilə əlaqəli xəbərləri işıqlandırırlar: siyasi, iqtisadi, mədəni, elmi və s. Jurnalistin işi üçün vacib olan informasiyanı təkcə savadlı deyil, həm də geniş oxucu kütləsinə çatdırmağın mümkünlüyünü ifadə etmək bacarığıdır.

Funksiyalar:

  • Media üçün xəbər axtarışı və təsviri;
  • Məqalələr yazmaq, saytlar üçün nəşrlər
  • Müsahibə üçün sualların hazırlanması, maraqlı şəxsiyyətlərlə görüşlər keçirmək;
  • Jurnalist araşdırmaları etmək;
  • Materialları redaktə etmək;
  • Xəbərlərin monitorinqi.

Zəruri keyfiyyətlər:

  • Zəngin lüğət ehtiyatına malik olma;
  • Yaradıcı düşüncəsinin olması;
  • Ünsiyyətcillik;
  • Savadlı söhbət qurmaq bacarığı, çünki minimum suallar vərərək maksimum məlumat almaq;
  • Mətn və şifahi məlumatlarla işləmə bacarığı;
  • Tənqidi düşüncə;
  • Stres vəziyətində işləmə bacarığı;
  • Təhlil etmə bacarığı.

Jurnalist olmaq üçün tələblər:

  • Ali təhsilin olması;
  • Savadlı şifahi və yazılı nitqin olması;
  • Xarici dil bilikləri.

QEYD: Jurnalistika ixtisasına qəbul olmaq üçün əlavə olaraq qabiliyyət imtahanından (inşa) keçmək lazımdır. 

Qrup: III

Təhsil istiqamətləri:

Jurnalistika

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

Q

AZ/ENG/RUS

2. Azərbaycan Dillər Universiteti

Ə

 

ENG

3. Bakı Slavyan Universiteti

Ə

 

AZ/RUS

4. Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ