İqtisadçı

İqtisadçı

İqtisadçı-müəssisənin iqtisadi fəaliyyətinin həyata keçirilməsi üzrə mütəxəssisdir. Onun işi istehsalın səmərəliliyinin və rentabelliyinin, buraxılan məhsulun keyfiyyətinin artırılmasına və yeni növlərin mənimsənilməsinə, maddi, əmək və maliyyə resurslarından optimal istifadə zamanı yüksək yekun nəticələrin əldə edilməsinə yönəlmişdir.

Bundan əlavə, iqtisadçının işi müxtəlif istehsal xərclərinin hesablamaqdır: məsələn, təyyarə tikmək və ya bütöv bir şəhəri elektrik enerjisi ilə təmin etmək üçün nə qədər fəhlə, pul və material lazım olduğunu hesablayır.

Funksiyalar:

  • Müəssisənin fəaliyyətinin maliyyə təhlili;
  • Təsərrüfat fəaliyyətinin iqtisadi planlaşdırılması;
  • Kredit və debitor borclarının uçotu;
  • Malların maya dəyərinin hesablanması və idarə edilməsi;
  • Anbarlarda qalıqların uçotu;
  • Müqavilələr və ilkin sənədlərlə iş;
  • İdarəetmə hesabatlarının tərtib edilməsi;
  • Xarici və daxili auditorlarla qarşılıqlı əlaqə.

Zəruri keyfiyyətlər:

  • Sistemli düşüncə;
  • Mütəşəkkillik; 
  • Zehinlilik;
  • Analitik düşüncə; 
  • İnformasiya ilə işləmə bacarığı;
  • Uzun müddət monoton fəaliyyətlə məşğul olmaq bacarığı;
  • Böyük rəqəmlərlə işləmə bacarığı.

İqtisadçı olmaq üçün tələblər:

İstiqamət üzrə təhsilin olması

Qrup: II

Təhsil istiqamətləri: 

İqtisadiyyat 

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

Q

AZ/ENG/RUS

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Ə

 

AZ/ENG

3. Azərbaycan Texniki Universiteti

Ə

 

AZ

4. Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ə

Q

AZ/ENG

5. Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala)

Ə

Q

AZ/ENG/RUS/TUR

6. Bakı Mühəndislik Universiteti

Ə

 

AZ

7. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Ə

 

AZ/RUS

8. “ADA” Universiteti

Ə

 

ENG

9. Milli Aviasiya Akademiyası

Ə

 

AZ

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Ə

 

AZ

11. Naxçıvan Dövlət Universiteti

Ə

Q

AZ/ENG

12. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)

Ə

Q

AZ/ENG

13. Gəncə Dövlət Universiteti

Ə

Q

AZ/RUS

14. Azərbaycan Texnologiya Universiteti (Gəncə)

 

Q

AZ/RUS

15. Sumqayıt Dövlət Universiteti

Ə

Q

AZ

16. Mingəçevir Dövlət Universiteti

Ə

Q

AZ

17. Lənkəran Dövlət Universiteti

Ə 

AZ 

18. Azərbaycan Kooperasiya Universiteti

Ə

Q

AZ/RUS

19. “Azərbaycan” Universiteti

Ə

 

AZ/ENG

20. Qərbi Kaspi Universiteti

Ə

Q

AZ/ENG/RUS

21. Xəzər Universiteti

Ə

 

ENG

22. Bakı Avrasiya Universiteti

Ə

Q

AZ

23. “Odlar Yurdu” Universiteti

Ə

Q

AZ

24. Bakı Biznes Universiteti

Ə

Q

AZ/ENG

25. “Naxçıvan” Universiteti

Ə

Q

AZ/ENG

26. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Ə

Q

AZ

27. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti

Ə

 

RUS