İmtahan zamanı yaranan təlaşın öhdəsindən necə gəlmək olar?
Təlaş- bədənin stressə olan cavab reaksiyasıdır, hansı ki, özünü narahatlıqda və anlaşılmayan qorxuda ifadə edir. Təlaşın həm psixoloji həm də fizioloji xüsusiyyətləri ola bilər. Psixoloji xüsusiyətlərə aiddir qorxu hissi, oriyentasiyasını itirmə, mənfi nəticiləri təssəvür etmək, diqqət dağınıqlığı və s. Fizioloji xüsusiyətlərə aiddir yüksək ürək döyüntüsü, nəfəs darlığı, yüksək nəbz, baş ağrısı, ürək bulantısı, halsızlıq, titrəmə və s.
Təlaş səbəbləri müxtəlif ola bilər: imtahan qorxusu, xəstəlik, fizioloji yük, əqli yük, yuxu və istirahət rejiminin pozulmaları, mənfi hisslər və s. Bəs imtahan təlaşı nədir?
İmtahan təlaşı - insanlarda müxtəlif psixoloji və fizioloji dəyişikliklərə səbəb olan psixo-travmatik faktordur. Bu əsasən imtahana hazırlıq mərhələsində əmələ gəlir. İmtahan təlaşının tələbələrin emosional və fizioloji vəziyyətinə mənfi təsiri aşkar olunub. Tələbələrin düşüncə prosesinə, yaddaşına və tədris fəaliyyətinin effektliyinə təsir edir. Özünü, imtahan ərəfəsində və ya zamanında birüzə verir. Belə hallarda tələbələrdə stupor, titrətmə, yüksək nəbz atışı və s. kimi simptomlar müşahidə olunur. Bu vəziyyətdə nə etməliyik?
Təlaş vəziyyətindən çıxmaq üçün bir neçə metodlar var.
1. İlk olaraq nəfəs tənzimlənməlidir. Bunun üçün isə:
- Burun vasitəsilə yavaş-yavaş nəfəs alın;
- Sinə hərəkətsiz qalmalıdır;
- Qarın əzələlərini gərginləşdirin və dişlərinizi sıxaraq nəfəs verin;
- Bunu bir neçə dəfə təkrar etmək olar
2. Diqqəti dağıtmaq. Bunun üçün isə:
- Ətrafda ki, əşyalara diqqət edin;
- Onların görünüşü və xüsusiyyətləri ilə tanış olun;
- Çöldən gələn səsləri dinləyin;
- Bunlar sizin diqqətinizi təlaşdan başqa şeylərə yönətməyə kömək edəcək.
3. Autotreninq. Özünü inandırmaq:
- Rahat poza alaraq, gözlərinizi bağlayın;
- Yavaş-yavaş, sakitcə özünüzə təkrar edin:
- “Mən özümü rahatlaşmış və yaxşı hiss edirəm. Mən çox sakitəm. Bütün bədənim tədricən rahatlayır. Bədənimin bütün əzələləri boşalır”. Bu sözləri təkrar etdikdən sonra 1,5-2 dəqiqə sakit durmaq, sonra autotreninqdən çıxmaq lazımdır. “Mən yaxşı dincəldim. Mənim bədənim enerji ilə doludur. Bədənimin əzələləri rahatlaşmış və elastikdir”. Bu sözləri təkrarlayaraq autotreninqdən çıxmaq lazımdır.
- Bu metodu imtahandan bir neçə gün öncə, gündə 2-3 dəfə təkrar etməkdə mümkündür.
İstənilən işdə uğur qazanmağın ilk addımı məqsədə nail olacağından tam əmin olmaqdır.