Hüquqşünas
Hüquqşünas insanların, təşkilatların və hətta dövlətin fəaliyyətinin qanuniliyini təmin edən mütəxəssisdir. Hüquqşünas insanlara məsləhət verir: qanunları izah edir, qanunu pozmamaq üçün necə davranmağı, bu və ya digər qərarların hüquqi nəticələrinin nə ola biləcəyini izah edir. Müəssisədə olan hüquqşünas müəssisənin fəaliyyətinin qanuni olmasını, məsələn, müəssisənin dövlətə vergiləri və işçilərə maaşının vaxtında ödənilməsini, işçilərin layiqli əmək şəraitinin təmin edilməsini müşahidə edir.
Funksiyalar:
- Vətəndaşların və təşkilatların fəaliyyətini təmin edən müqavilələr və müxtəlif sənədləri tərtib edilməsi və yoxlanılması;
- İnsanların, müəssisələrin və dövlətin hüquqlarını müdafiə edilməsi, məhkəmə proseslərində iştirak edilməsi;
- Hüquqi məsələlər üzrə rəhbərliyin, personalın və ya müştərilərin konsultasiyası;
- Hüquqi əhəmiyyətli məlumatların araşdırılması;
- Hüquqi sənədlərin hazırlanması.
Zəruri keyfiyyətlər:
- İnsanları inandırma və onlara təsir etmə bacarığı;
- Vəziyyəti müxtəlif tərəflərdən nəzərdən keçirmək və bütün mümkün şərtləri nəzərə almaq qabiliyyəti;
- Analitik düşüncə;
- Səlis şəkildə fikrini ifadə etmək bacarığı;
- Yüksək intellekt;
- Natiqlik qabiliyyətləri;
- Stresə davamlılıq.
Hüquqşünas olmaq üçün tələblər:
Ali təhsilin olması
Qrup: III
Təhsil istiqamətləri:
Hüquqşünaslıq
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
Q |
AZ/ENG/RUS |
2.Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası |
Ə |
|
AZ/RUS |
3. “ADA” Universiteti |
Ə |
|
ENG |
4. Milli Aviasiya Akademiyası |
Ə |
|
AZ/RUS |
5.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası |
Ə |
|
AZ |
6. Naxçıvan Dövlət Universiteti |
Ə |
Q |
AZ |