Heykəltəraş

Heykəltəraş

Heykəltəraş müxtəlif plastik və sərt materiallardan üçölçülü sənət əsərləri yaradan rəssamdır. Heykəltəraşlar işlərində müxtəlif materiallar və texnikalardan istifadə edirlər. Heykəli gipsdən, ağacdan, daşdan və hətta buzdan da hazırlamaq olar.  

Funksiyalar:

  • İş konsepsiyasının hazırlanması və onun həyata keçirilməsi üçün zəruri olan materialların axtarışı; 
  • İlkin eskizin yaradılması, smetaların tərtib edilməsi və müştəri ilə razılaşdırılması; 
  • Lazımi material və alətlərin alınması; 
  • Sifarişin icrası; 
  • Heykəlin daşınmasında və düzgün quraşdırılmasında iştirak.

Zəruri keyfiyyətlər:

  • Fiziki dözümlülük;
  • Diqqətlilik;
  • Səbirlilik;
  • Dəqiqlik;
  • Güclü yaddaş;
  • Məqsədyönlülük;
  • Təfəkkürün mücərrədliyi (mücərrəd obrazlar, anlayışlar);
  • İntuitiv və yaradıcı düşüncə;
  • Düzgün koordinasiya;
  • İmprovizə etmək bacarığı;
  • Vizual yaddaş;
  • Nəticələri proqnozlaşdırmaq bacarığı.

Heykəltəraş olmaq üçün tələblər:

  • Bədii qabiliyyət;
  • Heykəltəraşlıq texnikası və heykəltaraşlıq materiallarının texnologiyası haqqında biliklər;
  • Təsviri sənətin əsaslarını bilmək.

Qrup: V

Təhsil istiqamətləri:

Heykəltəraş

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

  1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 

Ə

 

AZ/RUS