Gömrükçü
Gömrükçü - insanların, əşyaların, nəqliyyat vasitələrinin, malların və digər əşyaların gömrük sərhədindən keçirilməsinə nəzarət edən, həmçinin gömrük rəsmiləşdirilməsini və gömrük ödənişlərinin alınmasını həyata keçirən Dövlət Gömrük Xidmətinin əməkdaşıdır.
Funksiyalar:
- Gömrük hüququnun pozulması hallarının araşdırılması;
- Sənədlərin hazırlanması;
- Vağzalda, hava limanında və ya gömrükxanada yüklərin və vətəndaşların şəxsi əşyalarının yoxlanması;
- Müsadirə edilmiş malların uçotu;
- Aparılması və ya gətirilməsi qadağan olunmuş malların aşkar edilməsi;
- Qaçaqmalçılığın aşkarlanması və uçotu;
- Gömrük hüququ sahəsində hüquqpozmaların qarşısının alınması.
Zəruri keyfiyyətlər:
- Yüksək iş qabiliyyəti;
- Tez reaksiya vermə bacarığı;
- Yüksək səviyyəli özünüidarəetmə bacarığı;
- Diqqətlilik;
- Məqsədyönlülük;
- Əzmkarlıq;
- Təmkinlilik.
Gömrükçü olmaq üçün tələblər:
- İki mərhələdən ibarət müsabiqədən keçmək:
1) Test imtahanı; 2) Müsahibə.
Qrup: II
Təhsil istiqamətləri:
Beynəlxalq ticarət və logistika
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Dövlət Gömrük Komitəsinin Akademiyası