 
                                                                    Ginekoloq
Ginekoloq - qadın reproduktiv sisteminin xəstəliklərinin profilaktikası, müalicəsi və onun normal fəaliyyətinin saxlanması üzrə ixtisaslaşan həkimdir. Ginekoloq bütün yaş kateqoriyalarında olan xəstələrlə işləyir və müxtəlif ixtisaslaşmalara malik ola bilər:
- Uşaq ginekoloqu. Cinsi yetkinlik prosesinə nəzarət edir, kontrasepsiya məsələləri ilə bağlı maarifləndirmə işləri aparır. Menstrual dövrünün və ya infeksion xəstəliklərinə müvafiq müalicə təyin edilir.
- Ginekoloq-cərrah. Qadın cinsi sisteminin inkişaf anomaliyalarının, travmaların, üzvi patologiyalarının müalicəsi ilə məşğul olur.
- Onkoginekoloq. Yaxşı və bədxassəli yenitörəməli xəstəliklərin müalicəsi ilə məşğul olur. Müalicə prosesində həm mühafizəkar, həm də əməliyyat üsulları istifadə edilə bilər.
- Ginekoloq-endokrinoloq. Hormonal disbalansı aradan qaldırır, sonsuzluğu diaqnoz və müalicə edir.
Funksiyalar:
- Qadın cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası;
- Qadınların profilaktik müayinələrinin keçirilməsi;
- Ginekoloji patologiyalı xəstələrin dispanser qeydiyyatına verilməsi;
- Qadın cinsi sisteminə aid məsələlər üzrə kolleqaların konsultasiyası, klinik vəziyyətlərin təhlilində iştirak;
- Müvafiq tibbi sənədlərin doldurulması və aparılması;
- Doğuşdan əvvəl və sonra hamilə qadınların müşahidəsi
Zəruri keyfiyyətlər:
- Psixoloji həssaslıq;
- Məsuliyyət; səbir;
- Ünsiyyət; sadiqlik;
- Konsentrasiya;
- Səliqəlik;
- Əzmkarlıq.
Ginekoloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 5 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
| Ali təhsil müəssisəsi | Təhsil formaları | Tədris dili | |
| 1. Azərbaycan Tibb Universiteti | Ə | 
 | AZ/ENG/RUS | 
| 2. Naxçıvan Dövlət Universiteti | Ə | 
 | AZ/RUS | 
| 3. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı | Ə | 
 | RUS | 
 
                                                                    