Stereotiplər - insanlar, obyektlər və hadisələr haqqında emosional rənglənmiş və böyük dayanıqlığa malik olan obrazlar və təssəvürlərdir. Lakin stereotiplər əsassız ola bilirlər və əksəriyyət vaxt yanlış obrazlar yaradırlar.
İnsanlar müəyyən bir sosial qrupun bütün nümayəndələrinə ümumiləşdirilmiş şəkildə bəzi xüsusiyyətləri aid edirlər. Məsələn, müəyyən yaşda olan bir insan, müəyyən məşğuliyyətlə məşğul olan insanlar və ya qadının və kişinin cəmiyyətdə necə davranacağı haqqında təsviri edirlər. Bu kimi sxemlər insanların tanımadığı biri ilə ünsiyyətini bir qədər asanlaşdırır və ətraf mühiti klassifikasiya edir.
Gender stereotipləriqadınının və kişinin cəmiyyətdə özünü necə aparmalı olduğunu və hansı rolu yerinə yetirdiyi haqqında obrazıdır.
Gender stereotiplərinin növlərini nəzərdən keçirərkən görürük ki, onlar üç qrupa ayrıla bilər:
- Birinci qrup- "kişilik" və "qadınlıq" stereotipləri: kişi və qadınların hansı psixoloji və davranış xüsusiyyətlərinə malik olması haqqında normativ təsəvvürlərdir. Bu, qadın və kişinin cəmiyyətdə hansı rol oynadığını və nece davrandığıni təsvir edir.
- Gender stereotiplərinin ikinci qrupu cinsiyyətə uyğun olaraq ailə və peşə rolları ilə fərqlənir. Qadın və kişinin cəmiyyətdə əsas rollarını müəyyənləşdirir. Məsələn bu stereotiplərə əsasən qadınlar uşaq böyütmək, ailə qurmaq, yemək bişirmək və s. kimi işlər ilə məşğul olmalıdır, kişi isə işləməli və ailəni maddi cəhətdən təmin etməlidir.
- Nəhayət, üçüncü qrup stereotiplər əmək bölgüsü ilə fərqlənir. Bizim cəmiyyətdə elə peşələr var ki, onların qadınlara daha çox uyğun gəldiyini düşünürlər (həkim, müəllim, dərzi və s.), kişilərə isə daha çox rəhbər əmək fəaliyyətləri uyğun gəlir.
Gender stereotipləri həm pozitiv, həm də neqativ xüsusiyyət daşıya bilərlər, məsələn, "qadınlar qayğıkeşdir"və ya "qadınlar zəifdir" kimi obrazlarla. Digər neqativ xüsusiyyətlərdən biridə odur ki, gender stereotipləri məsələn insanın öz şəxsi qabiliyyətlərini inkişafına, peşəkar artırımına, həyat seçimlərinə maneaçilik törədə bilər.
Stereotiplərin həyatımıza təsiri böyükdür, çoxsaylı eksperimentlər də göstərir ki, stereotip astarlamasından insanın necə davranacağı aslıdır. Pozitiv astarlama - pozitiv emosiyalar yaradır və insanın böyük naliyyətlərə qadir olmasını təmin edir. Neqativ astarlama isə stres ilə nəticələnir.
Bu kimi stereotiplər bizim beynimizdə dərin kök salıb və xəyyallarımızın dalınca getməyinə mane olur.
Stereotiplərdən azad olmağın yeganə yolu onları dərk etmək, məntiqi cəhətdən təhlil etmək, şüurlu inamlar yaratmaq, xəyallar qurmaq, hədəflər qoymaq və daimi pozitiv düşünməkdir.