Filosof
Filosof, ilk növbədə, dünyagörüşü məsələlərini, reallığın qurulması prinsiplərini, bütövlükdə cəmiyyətin inkişaf qanunauyğunluqlarını, habelə mürəkkəb idrak, qavrayış və təfəkkür proseslərini öyrənən nəzəri alimdir.
Filosoflar müxtəlif sahələrdə işləyə bilərlər.
Funksiyalar:
- Nəşriyyat sənayesində əlyazmaların oxunulması, nəzərdən keçirilməsi və üzərində işlənilməsi, yeni media məhsulların hazırlanması və müəlliflərin izlənilməsi;
- Onlayn və çap mediası, televiziya və ya radio üçün məzmunun yaradılması və redaktə edilməsi;
- Fəlsəfi və mədəniyyət tarixi mövzularında maarifləndirici fəaliyyətlər keçirilməsi;
- İctimaiyyətlə əlaqələr sahəsində press-relizlərin yazılması, mətbuat konfranslarının hazırlanması;
- Fəlsəfi təcrübələrdə fəlsəfi dialoq metodundan istifadə edərək müştərilərə məsləhətin verilməsi.
Zəruri keyfiyyətlər:
- Geniş dünyagörüş;
- Ünsiyyətlilik;
- Tarazlıq;
- Analitik düşüncə;
- Problemə kritik yanaşma;
- Düşüncəlilik;
- Öyrənmə həvəsi;
- Elmə maraq.
Filosof olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: III
Təhsil istiqamətləri:
Fəlsəfə
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
AZ/RUS |
|
2. Naxçıvan Dövlət Universiteti |
Ə |
AZ/RUS |
|
3. “Azərbaycan” Universiteti |
Ə |
AZ/RUS |
|
4. Qərbi Kaspi Universiteti |
Ə |
AZ/RUS |