Epidemioloq

Epidemioloq

Epidemioloq - infeksion xəstəliklərin epidemiologiyası məsələləri üzrə hazırlıq almış, epidemioloji analiz, epidemioloji tədbirlərin planlaşdırılması, infeksion xəstəliklərin ocaqlarının epidemioloji müayinələri həyata keçirən ali peşə təhsilli həkimdir. 

Funksiyalar:

  • Epidemiya ocağına gediş, kontakta olan şəxslərin müayinəsi, məlumatların qeydiyyatı;
  • Patogenlərin aşkar edilməsi, müvafiq müalicə və profilaktika tədbirlərinin görülməsi məqsədi ilə laboratoriya tədqiqatları;
  • Tibb müəssisəsində sanitar-epidemiya rejiminə nəzarət; 
  • Xəstəxanadaxili infeksiyaların qarşısının alınması, infeksion ocaqlarının aradan qaldırılması;
  • Peyvəndlərin təqviminin hazırlanması və icrası;
  • Bütün maraqlı şəxslərin vaksinlərlə təmin edilməsi;
  • Epidemiyaların qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması.

Zəruri keyfiyyətlər:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Bioloji materiallarla işləmə bacarığı;
  • Əzmkarlıq.

Epidemioloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 2 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS