Endokrinoloq

Endokrinoloq

Endokrinoloq - daxili sekresiya vəzilərinin xəstəliklərinin qarşısını alan, diaqnostikasını və müalicəsini edən, endokrin patologiyaların hormonal disbalansını və komplikasiyalarını aradan qaldıran həkimdir.

Endokrinoloq peşəsində bir çox dar ixtisaslar var:

Uşaq endokrinoloqu - yetkinlik yaşına çatmayan pasiyentlərlə işləyir;

Diabetoloq - şəkərli diabetin müalicəsi, lazımi sağlamlıq vəziyyətinin saxlanılması ilə məşğul olur;

Endokrinoloq-reproduktoloq - sonsuzluğun müalicəsində, xəstəliyin baş verməsinin qarşısının alınmasında ixtisaslaşır;

Endokrinoloq-cərrah - əməliyyat müdaxilələrini həyata keçirir;

Tiroidolog - qalxanabənzər vəz xəstəlikləri ilə işləyir;

Endokrinoloq-androloq - kişi problemləri üzrə ixtisaslaşır: cinsi disfonksiya, dazlıq və s.;

Endokrinoloq-ginekoloq - qadın cinsi sferasının hormonal problemlərinin müalicəsi ilə məşğul olur;

Endokrinoloq-genetik - irsi xəstəliklər və patologiyaları öyrənir;

Endokrinoloq-dietoloq - çəki problemləri ilə işləyir, hansılar ki, hormonal problemlər ilə bağlıdır;

Psixoendokrinoloq - hormonal fonun və insanın psixi vəziyyətinin qarşılıqlı əlaqəsini öyrənir.

Funksiyalar:

  • Xəstənin mövcud şikayətlərini araşdırır;
  • Qalxanabənzər vəzinin və limfa düyünlərinin müayinəsini və palpasiyasını (toxunma) həyata keçirir;
  • Ürəyi dinləyir, təzyiqi ölçür;
  • Şikayətlərdən və müayinənin nəticələrindən asılı olaraq həkim əlavə analizlər (qalxanabənzər vəzin ultrasəs və MRI; qalxanabənzər vəzin CT; qalxanabənzər vəzin pozulması və s.) təyin edə bilər.

Zəruri keyfiyyətləri:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Endokrinoloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 4 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS