Diplomat

Diplomat

Diplomatların vəzifəsi öz ölkəsinin maraqlarını digər ölkələrdə təmsil etməkdir. Diplomatlar digər ölkələrin, kommersiya, ictimai, dini və siyasi təşkilatların (həm yerli, həm də xarici) nümayəndələri ilə danışıqlar aparır, cari şərait nəzərə alınmaqla ölkənin xarici və daxili maraqlarını maksimum dərəcədə təmsil edir.

Diplomatlar beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik rütbəyə malikdirlər. Bir ölkədə diplomatik fəaliyyət 5 ildən çox davam etmir; 5 il tamam olduqdan sonra diplomat vətənə geri çağırılır və ona yeni təyinat verilir.

Diplomatların işi çox məsuliyyətlidir və namizədlərə çox ciddi tələblər irəli sürülür.

Funksiyalar:

  • Ölkəsinin və vətəndaşlarının maraqlarının təmsil olunması və qorunması;
  • Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;
  • Xarici siyasətin həyata keçirilməsi;
  • Diplomatik işlə bağlı qanunların, əsasnamələrin və siyasi qurğuların layihələrini hazırlaması;
  • Digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi
  • Xarici həmkarları ilə hökümət adından danışıqların aparılması;
  • Konkret dövlətlə əməkdaşlığın perspektiv istiqamətləri üzrə tövsiyələrin hazırlanması;
  • Müxtəlif diplomatik sənədlərin tərtib edilməsi və razılaşdırılması.

Zəruri keyfiyyətlər:

  • Güclü intuisiya;
  • Liderlik keyfiyyətləri;
  • Məsuliyyətlik;
  • Məsləklilik;
  • Stresə dözümlülük;
  • Analitik düşüncə;
  • Hadisələrin inkişafının strateji cəhətdən görmə qabiliyyəti;
  • Həm yazılı, həm də şifahi şəkildə fikirlərini savadlı, aydın və inandırıcı şəkildə ifadə etmək bacarığı.

Diplomat olmaq üçün tələblər:

  • Ali təhsilin olması;
  • Mükəmməl səviyyədə ana dili biliklərinin olması;
  • Mükəmməl səviyyədə xarici dil biliklərinin olması;
  • Özünün və yaxınlarının məhkumluğunun olmaması;
  • İkili vətəndaşlığın olmaması

Qrup:III

Təhsil istiqamətləri:

Beynəlxalq münasibətlər;

Politologiya. 

 

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

BEYNƏLXALQ MÜNASİBƏTLƏR

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

 

AZ/ENG/RUS

2. Azərbaycan Dillər Universiteti

Ə

 

AZ

3. Bakı Slavyan Universiteti

Ə

 

AZ/ENG/RUS

4. Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası

Ə

 

AZ/RUS

5. “ADA” Universiteti

Ə

 

ENG

6. Qərbi Kaspi Universiteti

Ə

 

AZ/RUS

7. Xəzər Universiteti

Ə

 

ENG/RUS

8. Bakı Avrasiya Universiteti

Ə

 

AZ

9. “Odlar Yurdu” Universiteti

Ə

 

AZ/RUS

10. “Naxçıvan” Universiteti

Ə

 

AZ

 

POLİTOLOGİYA

Ali təhsil müəssisəsi

Təhsil formaları

Tədris dili

1. Bakı Dövlət Universiteti

Ə

 

AZ/RUS

2. Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası

Ə

 

AZ/RUS

3. Sumqayıt Dövlət Universiteti

Ə

 

ENG

4. Qərbi Kaspi Universiteti

Ə

Q

AZ/RUS

5. Xəzər Universiteti

Ə

 

ENG