Dermatoloq (dəri zöhrəvi)

Dermatoloq (dəri zöhrəvi)

Dermatoloq – dərinin quruluşu və funksiyalarını, dermatoloji xəstəlikləri olan xəstələrin profilaktikası, diaqnostikası, müalicəsi və reabilitasiyası ilə məşğul olan həkimdir.

Dermotologiyanın müxtəlif növləri mövcuddur: 

Trixoloq - saç problemlərinin müalicəsi ilə məşğul olan dermotoloqdur.

Dermatoloq-kosmetoloq – kosmetik problemlərin aradan qaldırılması ilə məşğul olan mütəxəssisdir. 

Dermatoloq-endokrinoloq - endokrinoloji xəstəliklər nəticəsində yaranan dəri xəstəliklərini müalicə edir.

Mikoloq - göbələkdən zədələnmiş dərini müalicə edir.

Dermatoloq-onkoloq - dəri xərçənginin müalicəsində iştirak edir.

Dermatoloq-immunoloq - dərinin otoimmün xəstəliklərini diaqnoz qoyur və müalicə edir.

Dermatoveneroloq iki sahəni kurasiya edir-dermatoloji xəstəliklərin və cinsi yolla keçən xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası ilə məşğul olur.

Funksiyalar:

  • Dəri xəstəliklərinin aşkarlanması və aradan qaldırılması;
  • Xəstəlikdən zədələnmiş dərinin hissəsinin öyrənilməsi;
  • Müxtəlif dermatoloji prosedurların təşkili;
  • Dəri yoluxucu patologiyası aşkar edildikdə, epidemiya əleyhinə tədbirlərdə iştirak.

Zəruri keyfiyyətləri:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Dermatoloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 4 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsi formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS