Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Demokratik tərbiyə üslubu

Bu ünsiyyət tərzini tətbiq edən valideynlər uşağın şəxsiyyətinə, ailədəki aktiv roluna, onun öz həyatına yönələrək, onu müstəqil, sərbəst bir insan kimi tərbiyə edirlər.

Demokratik tərbiyə üslubu zamanı valideyn uşağın təşəbbüskarlığını və müstəqilliyini qabardır, ehtiyac olduğunda köməklik göstərir və onun tələblərini nəzərə alır. Valideyn övladına qarşı sevgisini və xoş niyyətini ifadə edərək hiss etdirir, uşağın maraq dairəsinə uyğun mövzularda müxtəlif oyunlar oynayır. Valideyn uşağa ailə problemlərinin müzakirəsində iştirak etməyə icazə verir və qərar qəbul edərkən onun fikrini nəzərə alır. Bununla yanaşı, valideyn uşaqdan öz növbəsində şüurlu davranış və qaydalara riayət etməyi tələb edir. Demokratik tərbiyə üslubu valideyn və uşaq arasında qarşılıqlı anlaşma, isti münasibət, sıx ünsiyyət qurmaq bacarıqları ilə xarakterizə olunur. Bu ailələrdə valideyn uşağa qarşı diqqətli olur, ona mənəvi dəstəyini hiss etdirir, ailədə sevgi və qayğı mühiti yaradır. Onun yaşına uyğun olaraq müstəqilliyini və şəxsi məsuliyyətini təşviq edir. Valideyn qayda və normalar, davranış sərhədləri tətbiq edərək uşaqdan onlara riayət etməsini tələb edir. Valideyn və uşaq arasında qarşılıqlı anlaşma inam, müzakirələr və kompromis yolu ilə əldə edilir. Belə valideynlər hər zaman övladını dinləyir, ona etdiyi hərəkətə görə məsuliyyəti öz üzərinə götürmək imkanı verir.

Bu şəraitdə böyüyən uşaqlar kiçik yaşlarından valideynləri tərəfdən ailədəki yaşlı nəsilə hörmət gördükləri üçün, onlar da eyni cür davranmağa alışırlar. Belə bir ailədə yetişən uşaq hər hansı bir səhvə yol verdiyi təqdirdə valideynləri tərəfindən dərhal cəzalandırılmır. Onun yol verdiyi səhv haqqında düşünməyinə, etdiyi hərəkəti başa düşməyinə imkan verirlir.

Demokratik tərbiyə üslubu ilə böyüyən uşaqda öyrənmək, araşdıraraq yeni məlumalar əldə etmək marağı inkişaf edir, onlar öz təşəbbüsləri ilə müstəqil şəkildə təhsil problemlərini həll etməyə meyilli, müəllim və yaşıdları ilə hər zaman ünsiyyətə açıq olurlar.

Bu cür ailələrdə uşaqlar hərtərəfli və aktiv böyüyürlər. Artıq ibtidai sinifdən onlar ətraf dünyanı yaxşı dərk edərək, müstəqil və nizamlı şəkildə  bir işi necə  görməli olduqlarını bilir və formalaşmış idrak motivasiyasına sahib olurlar. Belə uşaqlarla çalışan müəllimlər bilməlidirlər ki, bu şagirdlər dərs prosesi zamanı darıxmamalı, hər zaman aktiv fəaliyyətdə olmalıdırlar.

Demokratik tərbiyə üslubu ilə uşağın şəxsiyyətinin ən ahəngdar və çox yönlü inkişafı baş verir. Bu cür ailələrin uşaqları müstəqil şəkildə qərar qəbul edə bilir və hərəkətlərinə görə məsuliyyət daşıyaraq, məqsədyönlü, ünsiyyətcil və mehriban böyüyürlər. Hər hansı bir münaqişəli vəziyyət baş verdikdə, onlar kompromisli həll yolları tapmağa, şəxsi fikirləri olduqda belə başqalarının fikirlərinə önəm verməyə çalışırlar.

Əziz valideynlər!

Ailənizdə övladınızla bu cür əlaqə qurmağa nail olmusunuzsa, təcrübənizi başqaları ilə də bölüşün! Və belə davam edin!

Unutmayın ki, övladlarınız da gələcəkdə valideyn olacaq və öz övladları ilə uşaqlıqda valideynləri ilə (sizinlə) aralarında yaşanan eyni problemlər ilə qarşılaşacaqlar. Onlara yaşanacaq problemlərdən yan keçməyə, baş verəcəyi təqdirdə isə ən optimal çıxış yollarını tapmağa istiqamət vermək sizin əlinizdədir.

Və ən əsası, unutmayın ki, övladınız üçün ən vacib və əsas olan sizin sevginiz və hörmətinizdir!