Bələdçi

Bələdçi

Bələdçi - turistik ekskursiyalarda, gəzintilərdə, avtomobil turlarında və s. səfərlərdə insanları müşayiət edən, onları buraların görməli yerləri, mədəniyyəti və adət-ənənələriylə tanış edən mütəxəssisdir. Adətən bələdçi asudə vaxtların təşkilinə də cavabdeh olur.

 Funksiyalar:

  • Tarixi materialların axtarılması və öyrənilməsi;
  • Ekskursiya proqramlarının hazırlanması;
  • Turistlərin təhlükəsizlik və davranış qaydaları haqqında təlimatlandırılması;
  • İlk tibbi yardımın göstərilməsi;
  • Çətin və ya fövqəladə hallarda turistlərin koordinasiyası.

 Zəruri keyfiyyətlər:

  • Yaxşı yaddaş;
  • Yeni biliklər əldə etməyə maraq;
  • Məsuliyyət hissi;
  • Xoşməramlılıq;
  • Müxtəlif növ insanlarla ünsiyyət qurmağa hazır olmaq;
  • Erudisiya;
  • Auditoriya qarşısında çıxış edə bilmək.

 Qrup: II

 Təhsil istiqamətləri:

Turizm bələdçiliyi

 Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Dil

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Ə

 

AZ/RUS

2. Azərbaycan Turizm və Menecment Universiteti

Ə

 

AZ/RUS

3. Gəncə Dövlət Universiteti

Ə

 

AZ/RUS

4. Azərbaycan Texnologiya Universiteti (Gəncə)

Ə

Q

AZ/RUS

5. Azərbaycan Kooperasiya Universiteti

Ə

Q

AZ/RUS

6. “Azərbaycan” Universiteti

Ə

 

AZ/RUS