Auditor
Auditor (maliyyə, vergi auditoru) təşkilatın vergi və maliyyə sənədlərini yoxlayan, onun nə dərəcə səmərəli işləməsini qiymətləndirən və rəhbərliyə aşkar edilmiş səhvləri düzəltmək barədə tövsiyələr verən mütəxəssisdir. Auditor dövlət tərəfindən yoxlana bilər.
Auditorların növləri
- Daxili Auditor: şaxələnmiş təşkilatın ştatına daxildir, filial və bölmələri yoxlayır
- Xarici auditor: Audit və konsaltinq şirkətlərində işləyir və müştərinin müəssisəsinə yoxlama üçün gedir
- Vergi (dövlət) auditoru: qanunsuz saziş və vergi hesabatlarının pozulmasının aşkar edilməsi məqsədilə müəssisələrdə yoxlamalar aparır
Funksiyalar:
- Təşkilatlarda maliyyə hesabatını yoxlayır;
- Auditor yoxlamasının nəticələrinə dair hesabat hazırlayır;
- Planlaşdırılan maliyyə əməliyyatlarının qanuniliyini və təhlükəsizliyini yoxlayır;
- Sifarişçinin əməkdaşlarına təlim və məsləhətlər verir;
- Müəssisənin maliyyə və hüquqi məsələlər üzrə rəhbərliyinə tövsiyələr verir.
Zəruri keyfiyyətlər:
- Analitik düşünmə qabiliyyəti;
- Zehinlilik;
- Səbirlilik;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətlilik;
- Vicdanlılıq;
- Stresə dözümlülük.
Auditor olmaq üçün tələblər:
- Ali təhsilin olması;
- Azərbaycan Respublikası Auditorlar Palatasından lisenziya almış olması;
- Məhkümluğun olmaması.
Qrup: II
Təhsil istiqamətləri:
Mühasibat
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisə |
Təhsilalma formaları |
Tədris dili |
|
1. Azərbaycan Dövlət İqtisad Universiteti |
Ə |
Q |
AZ/ENG/TURK/RUS |
2. Bakı Mühəndislik Universiteti |
Ə |
|
AZ |
3. Naxçıvan Dövlət Universiteti |
Ə |
Q |
AZ |
4. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) |
Ə |
Q |
AZ/ENG |
5. Sumqayıt Dövlət Universiteti |
Ə |
Q |
AZ |
6. Mingəçevir Dövlət Universiteti |
Ə |
Q |
AZ |
7. Lənkəran Dövlət Universiteti |
Ə |
Q |
AZ |
8. Qərbi Kaspi Universiteti |
Ə |
Q |
AZ |
9. Xəzər Universiteti |
Ə |
|
ENG |
10. Bakı Biznes Universiteti |
Ə |
Q |
AZ |