Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

"Atalar-uşaqlar" münaqişəsi

“Atalar-uşaqlar” münaqişəsi adlanan fenomen nəsillər arası yaranan anlaşılmazlıqlara verilən addır. Bir çox əbədiyyat və kinematoqrafiya nümunələrində bu növ münaqişələr az və ya çox həcmdə əks olunur (məsələn: Turgenev “Atalar və oğullar” (1883), Selincer “Çovdarlıqda uçurumdan qoruyan” (1951), Franzen “Azadlıq” (2017) və s.). Bu münaqişələrin hər zaman aktual olmağına baxmayaraq, elmi cəhətdən ilk dəfə 1960-cı illərdə Marqaret Mid tərəfindən araşdırılmağa başlanılıb. Nəsillərin illər üzrə bölgüsünə aid bir çox nəzəri baxışların toqquşma nöqtəsi - nəsillərin fərqli olması və nəsillər arası münasibətlərdə anlaşılmazlıqların yaranmasıdır.

Nəsillər arasında anlaşılmazlıqların səbəbi hər bir nəsilin fərqli şəraitlərdə böyüməsidir. Cavan nəsil hesab edir ki, valideynləri onlar kimi baxçaya, məktəbə və ya ali məktəbə gedib, onlar da uşaq, yeniyetmə, cavan olub ancaq indi cavanları başa düşmür. Hesab edirlər ki, başa düşmək istəmirlər və ya artıq “qocalıblar”. Yaş, əlbətdə ki, öz rolunu oynayır, çünki hər yaşın öz xüsusiyyətləri var, bunu biraz sonra aydınlaşdıracayıq, məhz nəsil baxımından isə fərq nədədir? İlk baxışdan hər şey eyni görünə bilər, ancaq siyasi, iqtisadi,  elmi, texnoloji vəziyyətlər fərqlidir və bu hər nəsilin baxışlarına, dünyagörüşünə, dəyərlərinə və cəmiyyətin irəli sürdüyü tələblərə öz təsirini göstərir.

Yuxarıda qeyd olunan yaş xüsusiyyətləri mövzusuna qayıtdıqda isə hər bir yaşın öz xüsusi böhran və psixoloji yenitörəmələri vardır ki, o yaş kateqoriyasını başqalarından fərqləndirir. Hər yaşın öz çətinlikləri, yeni kəşf etdikləri və müsbət cəhətləri vardır. Bir məsələ isə daima münaqişələrə səbəb olur - fərqli yaş kaeqoriyalarından olan insanlar fərqli zamanlarda eyni çətinlikləri yaşasalar belə anlayışla yanaşmaqda çətinlik çəkirlər. Bunun səbəbi çox vaxt yeni yaşda qarşılaşdıqları yeni çətinliklərin onlar üçün daha ağır görünməsi və köhnə problemlərin artıq o qədər də çətin gəlməməsidir. Əslində isə yeniyetmə üçün ali məktəb seçimi nə qədər ağırdırsa, 1 yaşlı uşaq üçün ilk addımlar, böyük insan üçün isə ailəni dolandırmaq yollarını düşünmək bir o qədər də çətindir. İnsan hər yaşda təcrübə, bilik və bacarıqlarına görə çətinliklərlə rastlaşır. Əslində heç də yalnız böyüklərə uşaqların problemləri asan gəlmir, bəzən əks hallarla da rastlaşmaq olur. Böyüyün həll edə bilmədiyi problemi, daha gənc insan asanlıqla həll yolunu tapa bilər, bunun səbəbi isə psixikasının daha adaptiv, düşüncəsinin daha sürətli və təcrübə ilə bulanmayan baxışının olmasıdır.

Münaqişələr iki tərəfin münasibətdə yaranan problemi müzakirə edə bilməyəcəyi halda aktual qalır. Danışaraq hisslərinizi, baxışlarınızı, dəyərlərinizi bölüşsəniz empatiya sayəsində hər bir münaqişəli vəziyyəti həll edə bilərsiniz. 

Müzakirəyə açıq olun və başa düşülməməkdən qorxmayın!