Anestezioloq
Anestezioloq-operativ müdaxilələr, şok, ağır travmalar və qəzalar zamanı xəstənin bədəninin bütün funksiyalarını idarə edən, həmçinin pasientləri ağrıkəsmə əməliyyatlarına və ya müalicə-diaqnostik manipulyasiyalara hazırlayan həkimdir.
Funksiyalar:
- Əməliyyat zamanı xəstəyə narkoz verir;
- Əməliyyat boyu xəstənin vəziyyətinə nəzarət edir;
- Xəstəni narkotik yuxudan çıxarır və postoperatif dövrün ilk saatlarında əhvalı müşahidə edir: nəfəs, qan dövranı, ürəyin ritmi;
- Anesteziyadan sonra ortaya çıxan ağırlaşmalar müalicə edir;
- Elmi tədqiqatlarla məşğul olur.
Zəruri keyfiyyətləri:
- Yüksək məsuliyyət,
- Empati hissi;
- Stresli vəziyyətlərdə düşünmək bacarığı;
- Özünə nəzarət etmə bacarığı;
- Yüksək diqqətlilik.
Anestezioloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 3 il rezidentura təhsilin alınması.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1.Azərbaycan Tibb Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
2.Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı |
Ə |
|
RUS |