Androloq
Androloq - kişilərin cinsi və reproduktiv funksiyasını korreksiya edən, kişi cinsiyyət sferasının xəstəliklərinin müayinəsini, terapiyasını və profilaktikasını həyata keçirən həkimdir.
Andrologiyada bir sıra dar istiqamətlər mövcuddur:
Uşaq androloqu cinsiyyət orqanlarının anadangəlmə patologiyalarını korreksiya edir, oğlanlarda cinsi yetkinlik və cinsi tərbiyə problemləri ilə məşğul olur.
Androloq-endokrinoloq insanın hormonal məhsuldarlığını nəzarət edən vəzilərin disfunksiyası ilə bağlı məsələlərlə məşğul olur.
Androloq-reproduktoloq gənc ailədə sonsuzluq probleminin müalicəsi ilə məşğul olur.
Androloq-seksoloq potensiya və erektil disfunksiyanın müalicəsi ilə məşğul olur.
Androloq-cərrah itirilmiş cinsi funksiyanı operativ şəkildə bərpa edir, kosmetik qüsurları aradan qaldırır, genitaliyanın plastikası, kastrasiya ilə məşğul olur.
Androloq-onkoloq kişi genitoürən sisteminin neoplazmalarını müalicə edir.
Funksiyalar:
- Xəstəlik haqqında obyektiv informasiyanı almaq;
- Aparıcı sindromu aşkar etmək;
- Xəstəliyin etiologiyasını aşkar etmək;
- Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;
- Simptomların dəqiqləşdirilməsi;
- Diaqnozun qoyulması;
- Xəstənin yaşına və fərdi xüsusiyyətlərinə uyğun olaraq müalicə sxeminin hazırlanması;
- Əgər ehtiyac varsa əməliyyatın təyin olunması;
- Dərman vasitələrinin və/və ya prosedurların təyin edilməsi.
Zəruri keyfiyyətləri:
- Psixoloji həssaslıq;
- Məsuliyyət; səbir;
- Ünsiyyət; sadiqlik;
- Konsentrasiya;
- Səliqəlik;
- Əzmkarlıq.
Androloq olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsilin alınması;
- 5 il rezidentura təhsilin alınması;
- Bəzi klinikalarda 2-3 il iş təcrübəsi tələb olunur.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Tədris dili |
|
1.Azərbaycan Tibb Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
2.Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı |
Ə |
|
RUS |