Allerqoloq

Allerqoloq

Allerqoloq - hər hansı allergik təzahürlərin profilaktikası, diaqnostikası, səbəblərin aşkarlanması və müalicəsi ilə məşğul olur, məsələn: mövsümi soyuqdəymədən, bronxial astma, allergik rinit və s.. Testlərin köməyi ilə həkim allergeni aşkar edir və müalicəni təyin edir — xəstəliyin simptomlarını və ya səbəbini aradan qaldırır, əgər onu aşkar etmək mümkündürsə.

Allerqologiya və immunologiya bir-biri ilə əlaqələlidirlər-hər ikisi də immunitet sisteminin qıcıqlanma və xarici təsirlərə reaksiyalarını öyrənir. Lakin, bu istiqamətdə həkimlər arasında kiçik fərqlər var:

  • İmmunoloq immunitetin patologiyasını müəyyən edir və müalicə edir.
  • Allerqoloq immunitetin müəyyən qıcıqlandırıcı maddəyə reaksiyasını öyrənir. 

Funksiyalar:

  • Pasiyenti müayinə edir və müalicəsini planlaşdırır;
  • Klinik-Laboratoriya diaqnostikasına göndərir;
  • Allergiya testlərini həyata keçirir;
  • Fərdi hipoallergen pəhriz üslubu seçir;
  • Bronxial astma, atopik dermatitli və s. xəstələri müşahidə edir;
  • Postoperatif allergik komplikasiyaları aradan qaldırmağa kömək edir;
  • Allergiya və immun çatışmazlığı olan xəstələrin dispanserləşdirilməsində iştirak edir;
  • Tibbi sənədləri tərtib edir.

Zəruri keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Yaxşı və uzunmüddətli yaddaş;
  • Çox sayda informasiya ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Peşəkarlıq;
  • Ünsiyyətlilik.

Allerqoloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 3 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS