Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Alətlərlə vaxt itkisi

İnternet aludəçiliyi və ya telefondan asılılıq alət sahiblərinin həyatına mənfi təsir etməsəydi, bunu qeyri-ciddi bir problem hesab  etmək olardı. İnternetdə çox vaxt keçirmək istəyi alətlərdən, o cümlədən telefon və noutbuklardan həddindən artıq, məntiqsiz şəkildə istifadə ilə nəticələnir.

Ortalama alət istifadəçisi gündə 1-4 saat arası zamanını öz telefonunda keçirir, bu da orta hesabla günün 2 saatdan çox vaxtı deməkdir. Gənc nəsil üçün bu rəqəmlər daha böyükdür. Belə ki, onlar orta hesabla günün 4-6 saatını alətlərdən istifadəyə ayırırlar. Əsas problem odur ki, alətlərdən istifadənin həyatımızın keyfiyyətinə heç bir müsbət təsiri olmur və faktiki olaraq dəyərli vaxtımızın itkisi ilə nəticələnir..

Gənc nəslin alətlərdən asılılığını artıran səbəblərdən biri odur ki, onlar  yanlış olaraq internet və sosial şəbəkələri asan yolla özünə inam hissini möhkəmləndirmək, özünü göstərmək və özünə qarşı tələbat yaratmaq üçün meydança kimi görürlər.,  Bu isə aldadıcı bir illüziyadır. 

Ümumiyyətlə alətlərdən və virtual dünyadan ifrat asılılıq  real həyatın keyfiyyətinin aşağı düşməsinə, gələcəyə dair planların və xəyalların məhv olmasına gətirib çıxarır.

Bəs vəziyyəti necə düzəltmək olar?

  • İlk öncə problemi dərk etmək lazımdır:

Əgər siz gəzintiyə çıxdığınız zaman telefonunuza baxmağa davam edirsinizsə, səhər tezdən gözlərinizi açar-açmaz sevimli alətinizi axtarır və gecə yatarkən belə əlinizdə telefonla yuxuya gedirsinizsə, fiziki aktivliyiniz aşağıdırsa, həyatda yeni heç bir şey öyrənməyə həvəsiniz yoxdursa və həyatınız yalnız məktəb, institut, yemək, yatmaq və internetdən ibarətdirsə, bu problemin ciddi olmasına dəlalət edir.

Başqasının həyatı barədə xəbərləri və yazılanları davamlı şəkildə izləmək, beyni lazımsız məlumatlarla məşğul etmək gözlərin yüklənməsinə və görmə qabiliyyətinin zəifləməsinə, onurğanın davamlı yüklənməsi isə osteoxondroza səbəb ola bilər.

  • Vaxt itkisinə yol verməməyin faydalarını anlamaq:

Telefon və internetdən asılılığı azaltmağın faydalarını başa düşməlisiniz. Bu isə smartfondan istifadə etmədən yeni fəaliyyət və maraq dairələrinin yaranması  və həyatınızın 100% yaxşılığa doğru dəyişməsi deməkdir. Məsələn, telefonda itirdiyiniz 30 dəqiqə vaxtı yoqa və ya idmanla məşğul olmağa, yaxud 20 dəqiqəsini xarici dildə yeni sözlər öyrənməyə sərf edə bilərsiniz.

Həyatınızda müsbət dəyişikliklərə başlamaq və ilk 1 ay müddətində qarşınıza qoyduğunuz hədəfdən kənara çıxmamaq çox vacibdir, çünki psixologiya baxımından məhz bu müddət ərzində insanda yeni vərdiş formalaşır. Prokrastinasiya etməmək üçün qarşınıza böyük məqsəd qoyaraq yola çıxmaq əvəzinə, nisbətən kiçik hədəflərlə addım-addım irəliləmək daha düzgündür. Məsələn, gündə 10 söz əvəzinə 1 sözün öyrənilməsi ilə başlaya bilərsiniz.  İstədiyiniz vərdişi özünüzdə formalaşdırdıqdan sonra, tempi artırmaq, qarşınıza yeni məqsədlər qoymaq olar.

  • Proqram və tətbiqləri silmək:

Alətinizi mümkün qədər "təmiz" vəziyyətəgətirin, çox vaxt sərf etdiyiniz, sizin üçün faydasız olan tətbiqləri silin. Ehtiyac yarandığı təqdirdə həqiqətən sizə lazım olan proqramı yükləyə və ya lazımi məlumatları əldə edə bilərsiniz.

  • Bildiriş və parametrlər idarə etmək:

Buna zəng səsini açıq saxlayaraq, digər səsli bildirişləri (ismarıc, “mesencer”), bəzi qrup və insanlardan isə gələn bütün xəbər və bildirişləri tamamilə söndürməklə başlaya bilərsiniz.

Ayarları təzimləməyi də unutmayın, məsələn, “Facebook” sosial şəbəkəsində yerləşdirilən videoların avtomatik oynadılmasına qadağa tətbiq edin.

Beləliklə, yeni məlumatlara nə zaman baxacağınıza siz qərar verir və bu yolla da həm adətinizi, həm də vaxtınızı özünüz idarə etmiş olursunuz.

Həyatınıza adətlərə toxunmadan icra edəcəyiniz yeni məqsədlər əlavə etməyi unutmayın, məsələnözünüzü inkişaf etdirin, idmanla məşğul olun, mütaliə edin, gəzin, işləyin, yeni hobbilər yaradın və s. Yemək yeyərkən telefonu başqa otaqda saxlamaq kimi qaydalar tətbiq edin və yeməkdən zövq alın. Bu davranışları vərdişə çevirin.