Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Saniyələr ərzində daxil olun və ya qeydiyyatdan keçin

E-psixoloqda davam etmək üçün e-poçtunuzdan və ya başqa bir xidmətdən istifadə edin

Psixologiya mərkəzi

Əlaqə

AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

(012) 111 22 33

Təşvişin növləri

Təşviş nədir və hansı növləri var?

Təşvişin iki növü var:
  • situativ (reaktiv) təşviş –  qeyri-müəyyən təhlükə zamanı yaranan emosional hal;
  • şəxsiyyət təşvişi – təşviş halına meyillilik kimi qeyd olunan fərdi psixoloji xüsusiyyət. Bu meyilliliyin əsasında yüksək emosional həssaslıq, təhlükə hissi və naratlıq durur.

Bu tipologiyanı məşhur psixoloq Ç. Spilberq tərəfindən təklif olunub. Ç. Spilberqin fikrincə təşviş subyektiv təhlükə və ya gərginlik hissinin yaşanmasından irəli gələrək əsəb sisteminin aktivləşməsi halıdır.

Reaktiv (situativ) təşviş dedikdə insanın hadisənin vacibliyi və çətinliyi qarşısında, başqaları tərəfindən qiymətləndirilməsi gözlənildiyi vəziyyətlərdə həmin an yaşadığı gərginlik, həyəcan, əsəbilik başa düşülür.

Təşviş fərdi xüsusiyyət kimi obyektiv heç bir təhlükə ehtiva etməyən bir sıra vəziyyətləri təhlükəli kimi qiymətləndirərək təşviş keçirməyə və ya həyəcanlı  reaksiya göstərməyə meylli şəxsiyyət tiplərinə deyilir.

Situativ təşviş daha çox emosiyaları əks etdirir və subyektiv gərginlik, narahatlıq, əsəbilik, özünə yer tapa bilməmək hissi ilə xarakterizə olunur. Təşvişli şəxsiyyət tipinə aid xarakterik təşviş isə hər bir hadisəni təhlükəli kimi görməyə meyllilik, əsassız qorxu və müəyyən səbəbi olmayan təhlükə hissi şəklində reallaşır. Təşviş şəxsiyyət xüsusiyyətləri olan insanlar adətən hər şeyin təhlükə daşıdığını düşündüyü üçün davamlı olaraq sıxıntı keçirir, ətraf mühit ilə çətin əlaqəyə girirlər.

Situativ təşviş hər bir insan üçün normal reaksiya hesab olunur və çox vaxt sosial-psixoloji stress yaşadan amillərə reaksiya olaraq meydana çıxır. Bu amillər cəmiyyətdə əhəmiyyəti yüksək olan proseslər, hadisələrdir. Məsələn, yaxın bir insanı və ya bahalı əşyanı itirmək, qarşı tərəfdən mənfi reaksiya və ya qiymət gözləmək, hər hansı vacib bir hadisədə uğursuzluq ehtimalı situativ təşvişə səbəb ola bilər. Situativ təşvişin öhdəsindən gəlmək üçün insanlar fərqli yanaşmalar göstərə bilər. Burada önəmli olan təşvişli vəziyyətdən destruktiv yox, konstruktiv nəticə ilə çıxmaqdır. 

Təşvişin şəxsiyyət xüsusiyyəti olmasına bir sıra səbəb ola bilər. Əsəb sisteminin xüsusiyyətləri, xasiyyət, şəxsin tərbiyə prosesində nümunə olaraq görüb götürdüyü və ya böyüdüyü sosial mühitdə qarşılaşdığı hadisə və davranışlara qarşı formalaşdırdığı reaksiya strategiyaları bu səbəblərdən bəziləridir.  

Həmçinin Ç. Spilberq bu təşviş növlərini ölçmək üçün şkalalar tərtib edib. Bu şkalalar artıq dəfələrlə sınaqdan keçirilib və fərqli şəraitlərdə, fərqli insan qrupları üzərində etibarlılığını sübut edilib.