Məhkəmə-tibbi ekspert
Məhkəmə-tibbi ekspert cinayət nəticəsində alınan xəsarətlərin ağırlığı, xarakteri, sağlamlığa zərər vurma dərəcəsi və həmin xəsarətlərin yetirilmə üsulu barədə rəy verən, DNT testlərinin keçirilməsində iştirak edən, həmçinin ölüm səbəbinin zorakı və ya qeyri-zorakı olması ilə bağlı hüquq-mühafizə orqanlarında şübhə doğuran meyitləri araşdıran həkimdir. Məhkəmə-tibbi ekspertizası işin nəticələrinə görə cinayət məsuliyyətinə dair rəy verir. Məhkəmə-tibbi ekspert istintaqa kömək məqsədilə izahat verir, istintaq hərəkətlərində iştirak edir, hadisə yerinə gedir.
Funksiyalar:
- Məhkəmə-tibb yarılmalarının keçirilməsi;
- Canlı insanlarda alınan xəsarətlərin dərəcəsinin qiymətləndirilməsi;
- Avadanlıq, alətlər və reaktivlərlə işləmək;
- Təhlükəsizlik texnikası və sanitar-epidemioloji rejimə riayət olunmasına nəzarət;
- Çağırış vərəqəsi olduqda məhkəmə iclaslarında iştirak;
- Konkret cinayət hallarının araşdırılması üçün ekspertizaların keçirilməsi;
- İlkin tibbi sənədlərin doldurulması.
Zəruri keyfiyyətlər:
- Analitik düşünmə bacarığı;
- Yaxşı və uzunmüddətli yaddaş;
- Böyük həcmli və çoxsaylı mənbələrdən alınan informasiya ilə işləmə bacarığı;
- Məsuliyyətlilik;
- Peşəkarlıq;
- Psixoloji dayanıqlılıq;
- Emosional sabitlik;
- Qeyri-standart şəraitdə işləmə bacarığı.
Məhkəmə tibbi-ekspert olmaq üçün tələblər:
- 6 il ümumi tibb təhsili;
- 3 il rezidentura təhsili.
Qrup: IV
Təhsil istiqamətləri:
Tibb
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsilalma formaları |
Tədris dili |
|
1.Azərbaycan Tibb Universiteti |
Ə |
|
AZ/ENG/RUS |
2.Naxçıvan Dövlət Universiteti |
Ə |
|
AZ/RUS |
3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı |
Ə |
|
RUS |