Qastroenterolog

Qastroenterolog

Qastroenterolog – mədə-bağırsaq traktının anatomik xüsusiyyətlərini öyrənən, patologiyalarla işləyən, həzm sisteminin xəstəliklərini təyin edən və müalicə edən, terapevtik qidalanma təşkil etməyə və xəstəliklərdən sonra bərpa etməyə kömək edən həkimdir.

Uşaq qastroenteroloqu- 17 yaşınadək xəstələrin həzm sisteminin problemlərini müalicəsi ilə məşğul olur.

Cərrah-qastroenteroloq- əməliyyat müdaxilələrini həyata keçirən, o cümlədən öd kisəsinin, poliplərin, daxili qanaxmanın dayandırılması kimi endoskopik müdaxilələri həyata keçirir.

Onkoloq-qastroloq- həzm sisteminin şişlərin müalicəsi ilə məşğul olur.

Hepatoloq- hepatobiliar sistemin diaqnostikası və müalicəsi ilə məşğul olur.

Proktoloq - xəstələrin rektumunun vəziyyətinə görə məsuliyyət daşıyır (babasil, kist, paraproktit).

Koloproktoloq - bağırsaq patologiyası ilə işləyir.

Funksiyalar:

  • Xəstələrin müayinəsi;
  • Anamnestik məlumatların toplanması;
  • Xəstənin vəziyyətini aydınlaşdırmaq üçün lazım olan diaqnostik prosedurların təyin edilməsi (bu, məsələn, ultrasəs, tomoqrafiya, rentgenoskopik, endoskopik tədqiqatlar ola bilər);
  • Diaqnozun qoyulması;
  • Xəstənin xəstəxanaya yerləşdirməsi haqqında qərarın qəbul edilməsi;
  • Müalicənin təyin edilməsi, xəstənin vəziyyətinin ,əsasən, pəhrizin seçilməsi;
  • Təcili tibbi yardımın göstərilməsi;
  • Tibbi preparatlarla, tibbi alətlərlə, saxlama və istismar qaydalarına riayət etməklə diaqnostik avadanlıqla işləmək;
  • Pasiyentlərin dispanser müşahidəsinin həyata keçirilməsi;
  • Mədə-bağırsaq traktının xəstəliklərinin profilaktikası üzrə tədbirlərin keçirilməsi.

Zəruri keyfiyyətlər:

  • Psixoloji həssaslıq; 
  • Məsuliyyət; səbir;
  • Ünsiyyət; sadiqlik; 
  • Konsentrasiya; 
  • Səliqəlik; 
  • Əzmkarlıq.

Qastroenteroloq olmaq üçün tələblər:

  • 6 il ümumi tibb təhsilin alınması;
  • 4 il rezidentura təhsilin alınması.

Qrup: IV

Təhsil istiqamətləri:

Tibb

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları 

Tədris dili

1.Azərbaycan Tibb Universiteti

Ə

 

AZ/ENG/RUS

2.Naxçıvan Dövlət Universiteti

Ə

 

AZ/RUS

3.İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

Ə

 

RUS