Mayers-Briqqs tipologiyası

Mayers-Briqqs tipologiyası

Mayers-Briqqs tipologiyası üzrə şəxsiyyət növü testi (MBTİ)

MBTİ insanların şəxsiyyət tipini və davranışlarını müəyyən etmək və kateqoriyalara ayırmaq üçün istifadə olunan etibarlı və sınanmış psixoloji qiymətləndirmə alətidir. Bu alət test deyil və ona daxil olan sualların “doğru” və ya “səhv” cavabları yoxdur.

Bu alət 1940-cı ildə İzabel Briqqs Mayers və onun anası Ketrin Briqqs tərəfindən məşhur İsveçrəli psixoloq Karl Yunqun psixoloji tiplər nəzəriyyəsi əsasında hazırlanıb.

İsveçrəli psixoloq Karl Yunqun (1875 – 1961) nəzəriyyəsinə əsasən biz insanların öz zehnindən necə istifadə etdiyini müəyyən etsək onların gələcək davranışlarını da proqnozlaşdıra bilərik. Yunqa görə, hər birimiz öz zehnimizi aşağıdakı dörd kateqoriya üzrə iki fərqli istiqamətdən birini seçərək istifadə edirik:

Bu xüsusiyyətlərin bir-biri ilə müxtəlif kombinasiyaları 16 fərqli psixoloji tipin meydana çıxmasına səbəb olur (psixoloji tiplərin siyahısı ilə burada tanış ola bilərsiniz).

- Hər bir tipi ifadə etmək üçün dörd hərfdən istifadə olunur. Məsələn, Ekstravert (Extraverted), Duyğu (Sensing), Düşünmə (Thinking), Mühakimə (Judging) xüsusiyyətlərinin kombinasiyası əsasında formalaşan tip bu xüsusiyyətlərin ingilis dilində baş hərfləri əsasında ESTJ adlanır.

- Hər bir tipin öz güclü və zəif cəhətləri vardır. Heç bir tip digərindən üstün deyildir.

- Hər bir şəxs bu alətdən istifadə etməklə dörd kateqoriyanın hər birinə daxil olan əks qütblər arasında özünə aid olanı, və onların kombinasiyası əsasında isə öz psixoloji tipini müəyyən edə bilər.

 

Öz psixoloji tipinizi bilmək sizə aşağıdakı məqsədlər üçün faydalı ola bilər:

– Öz şəxsiyyət tipinizə uyğun peşə/ixtisas və ya karyera seçmək

– Başqalarını və onlarla qarşılıqlı münasibətlərinizi anlamaq

– Öz davranışlarınızı anlamaq

– Başqa insanlarla daha yaxşı ünsiyyət qurmaq

– Komandada öz funksiyanı daha düzgün müəyyən etmək və səmərəli əməkdaşlıq etmək

– İş prosesində insanları daha yaxşı idarə etmək

– İnsanlar arasındakı fərqləri anlamaq və onlara hörmətlə yanaşmaq

və s.

 

Həmçinin MBTİ haqqında:

Psixoloji tiplərin siyahısı

– Mayers-Briqqs tipoloji indikatoru (MBTİ)

– Psixoloji tiplərə uyğun peşə/karyera istiqamətləri

– Psixoloji tiplərə görə iş prosesində stress yaradan amillər