Etnoqraf

Etnoqraf

Etnoqraf – xalqların etnik qruplarını, onların mənşəyini, adət-ənənələrini, siyasi, iqtisadi, dini-fəlsəfi, mədəni və digər xüsusiyyətlərini öyrənir. Bir qayda olaraq, etnoqraflar ümumi etnoqrafiya üzrə deyil, konkret etnik qrup üzrə ixtisaslaşırlar.

Funksiyalar:

  • Etnosun iqtisadi fəaliyyətinin və sosial strukturunun öyrənilməsi;
  • İbtidai icma sisteminin tədqiqi;
  • Miqrasiya və xalqların sayının öyrənilməsi;
  • Etnik qrupun dilinin, mənəviyyatının, dini inanclarının öyrənilməsi;
  • İnsanların həyatının birbaşa müşahidəsi (stasionar və ekspedisiya tədqiqatları, kolleksiyaların toplanması və s.);
  • Tarixi irslə iş (arxeoloji tapıntılar, yazı, xalq yaradıcılığı);
  • Etnik qrupun müasir nümayəndələri ilə sorğuların və söhbətlərin aparılması;
  • Antropoloji müayinələrin aparılması;
  • Linqvistik qohumluq (dil qrupları arasında qohumluq, yaxınlıq) problemlərinin tədqiqi;
  • Etnoqrafik xəritələrin tərtibi.

Zəruri keyfiyyətlər:

  • Təşəbbüskarlıq;
  • Uzaqgörənlik;
  • Yaxşı, uzunmüddətli yaddaş;
  • Analitik düşünmə;
  • Fəza-təsviri düşünmə;
  • Fikirlərini düzgün ifadə etmə bacarığı;
  • Tədqiqat fəaliyyətinə meyl;
  • Böyük miqdarda məlumatı təhlil etmə və sistemləşdirmə bacarığı;
  • insanlarla əlaqə, ünsiyyət qurma bacarığı.

Etnoqraf olmaq üçün tələblər:

  • İstiqamət üzrə ali təhsil;
  • Tarix, coğrafiya, dünya sivilizasiyaları tarixi sahəsində dərin biliklər;
  • Ayrı-ayrı xalqların tarixi, etnoqrafiya, etnologiya, antropologiya, arxeologiya, qədim dillər sahəsində biliklər;
  • Tarix üzrə bakalavriat pilləsində 4 il təhsil alıb daha sonra isə müvafiq ixtisas üzrə magistratura təhsili. 

Təhsil istiqamətləri:

Tarix

Qrup: III

Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:

Ali təhsil müəssisəsi

Təhsil formaları

Dil

1. Bakı Dövlət Universiteti

Ə

Q

AZ/ENG/RUS

2. Naxçıvan Dövlət Universiteti 

Ə

Q

AZ/RUS

3. Gəncə Dölət Universiteti 

Ə

Q

AZ/RUS

4. Sumqayıt Dövlət Universiteti

Ə

Q

AZ/RUS

5. Qərbi Kaspi Universiteti

Ə

Q

AZ/ENG/RUS