Coğrafiyaçı – yer kürəsini və orada baş verən prosesləri öyrənən mütəxəssisdir. O, yer kürəsinin təbiətini, onun resurslarından istifadəni, insanlar və onların müxtəlif mədəniyyətləri üçün əhəmiyyətini araşdırır. Sistem əlaqələrini təhlil edir, məlumatları toplayır, onları qiymətləndirir və ətraf mühitin məkan inkişafı üçün planlar hazırlayır.
Funksiyalar:
- Müxtəlif iqlim proseslərinin xüsusiyyətlərinin elmi baxımdan izahı, proqnozlaşdırılması;
- Müəyyən ərazilərdən nümunələrin götürülməsi və orada təcrübələrin aparılması;
- Regionda iqlim, fiziki, sosial-iqtisadi, ekoloji şəraitin və dəyişikliklərin öyrənilməsi;
- Ətraf mühitin monitorinqi üçün kartoqrafik materialların və məlumat bazası strukturlarının hazırlanması;
- Sahə işlərinin planlaşdırılması, təşkili və aparılması.
Zəruri keyfiyyətlər:
- Məsuliyyət;
- Məntiqi təfəkkür;
- Dəqiqlik;
- Diqqətlilik;
- Fiziki dözümlülük;
- Yeni şeylər öyrənmək istəyi;
- Stresə dözümlülük.
Coğrafiyaçı olmaq üçün tələblər:
İstiqamət üzrə təhsilin olması
Qrup: II
Təhsil istiqamətləri:
Coğrafiya
Təhsil ala biləcəyiniz ali təhsil müəssisələri:
Ali təhsil müəssisəsi |
Təhsil formaları |
Dil |
|
1. Bakı Dövlət Universiteti |
Ə |
AZ/RUS |
|
2. Naxçıvan Dövlət Universiteti |
Ə |
AZ/RUS |